Modern.az saytı xəbəri dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, Teymur Abdullayev hazırda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsini davam etdirir. Bunu saytımıza nazirlikdən bildiriblər.
Elə bir qədər öncə T.Abdullayevin adından saytımızın poçtuna müdafiə naziri general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforla görüş barədə xəbər daxil olub. Xəbərə əlavə olunan fotoşəkildə də T.Abdullayevin nazirdən bir qədər solda əyləşdiyi görünür.
Bu isə T.Abdullayevin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsindəm çıxarılmadığını bir daha təsdiqləyib.
Modern.az