Modern.az

Zakir Həsənov: “Azərbaycan ərazilərin işğaldan azad etmək hüququnu özündə saxlayır” - FOTOLAR

Zakir Həsənov: “Azərbaycan ərazilərin işğaldan azad etmək hüququnu özündə saxlayır” - FOTOLAR

28 Oktyabr 2013, 17:25

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayevin Modern.az-a verdiyi məlumata görə, Filip Lefor Azərbaycanın Avropa Birliyi üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirməklə yanaşı müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik etmək fürsəti tapmasından məmnunluğunu söyləyib və ona gələcək işlərində uğurlar arzulayıb. 

Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdə müdafiə naziri Zakir Həsənov vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycanın Respublikasının prezidenti İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən müdafiə naziri bildirib ki, Azərbaycan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarıdır, lakin ərazilərin işğaldan azad etmək hüququnu da özündə saxlayır.


 
 
Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat