Modern.az

“Müsavatda Rüstəm İbrahimbəyovun təklifi müzakirə olunacaq”

“Müsavatda Rüstəm İbrahimbəyovun təklifi müzakirə olunacaq”

28 Oktyabr 2013, 18:10


“Milli Şurada Rüstəm İbrahimbəyovun həmsədrliklə bağlı təklifində həmrəylik olacağına güman etmirəm”. Bunu Modern.az-a açıqlamasında Müsavat başqanının müavini, Milli Şuranın üzvü Gülağa Aslanlı bildirib. Həmsədrliklə bağlı Milli Şura yaranmamışdan qabaq da təkliflərin olduğunu bildirən Müsavat funksioneri R. İbrahimbəyova məxsus təklifin hələ müzakirə olunmadığını bildirib.
“Milli Şura yaranmamışdan da həmsədrliklə bağlı təkliflər var idi. O zaman buna razılıq verilməmişdi. İndiki halda təklif müzakirə olunmalıdır. Müsavatda partiyasının bu məsələdə mövqeyinin necə olacağını dəqiq deyə bilmərəm”.

Qeyd edək ki, Milli Şura sədri Rüstəm İbrahimbəyov “Mediaforum”a açıqlamasında “mən təklif edirəm ki, Milli Şurada həmsədrlik yaradılsın və professor Cəmil Həsənli həmsədr olsun” deyib.

  Vüqar İsmayılov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat