Modern.az

Şıxəli Qurbanovun həbsdə olan qohumu müraciət yaydı

Şıxəli Qurbanovun həbsdə olan qohumu müraciət yaydı

28 Oktyabr 2013, 22:45

Modern.az saytı xəbər verir ki, Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, məhkum Axundov Məstavər Zuber oğlu KİV-ə müraciət edib. Axundov Məstavər Zuber oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.01.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1 və 317 .1.1 maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilib.

“Şərlənərək qondarma ittihamla həbsə atılmağıma səbəb mənim siyasi fəaliyyətim olub. Azərbaycan xalq hərəkatının fəallarından biri, Azərbaycan Xalq Cəbhəsinin Abşeron rayon təşkilatının sədri (1989-1993-cü illərdə), Xalq Cəbhəsinin Abşeron rayon könüllülərindən ibarət  batalyonunun yaradıcılarından biri, 1995-ci ildən indiyədək Azərbaycan Kəndlər Birliyinin sədrinin təşkilati məsələlər üzrə müavini, eyni zamanda sadə azərbaycanlıyam. Bu səbəbdən siyasi sifariş əsasında qondarma ittihamla şərlənərək həbs edilmişəm. Baxmayaraq ki, ittihamın qondarma olmasını təsdiq edən möhtəbər və dəqiq sübutlar olsa da məhkəmə instansiyaları həmişəki kimi qanunları yox, sifarişi ali tutub qanunsuz hökm və qərar çıxartdılar.

2005-ci ildə keçirilən parlament seçkilərində 45-ci dairə və 2006-cı ildə Milli Məclisə  keçirilən təkrar seçkilərdə 4-cü dairənin 27-ci səsvermə məntəqəsində baş vermiş total saxtakarlıqları müşahidə etməyim, bunu təsdiq edən sübutları əldə etməyim, 2008-ci il tarixində xüliqanlıq cinayəti ilə 3 il müddətinə azadlıqdan məhrum edilməyimlə nəticələndi.

Hazırki məhkum edilməyimə dair qondarma, çirkin iddihamı isə 2013- cü ildə keçirilən prezident seçkilərində məni zərərsizləşdirmək, siyasi fəaliyyətimi əngəlləmək məqsədilə hazırlayıb həyata keçirmişlər. Ancaq onlar tam əmin olsunlar ki, canım qədər sevdiyim vətənimin azadlıqı, suverenliyi yolunda mən həmişə mübarizə aparacağam. Mənim həyatımın mənası budur. Bu çirkin alçaldıcı şərləmə əməllərindən hələ özümə gələ bilməmişəm. Çünki narkotika alveri, qəbulu mənim nəslimin adına, səviyyəsinə qətiyyən yaraşmayan bir əməldir ki, Qaradağ polisi bu səviyyəsiz əməliyyatı qurub, sifarişi həyata keçirmişdi. Onların məqsədi məni bu üsulla ləkələmək, gözdən salmaq olmuşdur”.
Məhkum deyib ki, onu tanıyanlar yaxşı bilirlər ki, 1937-ci ilin represiya qurbanı Məsi Axundovun nəvəsi, vətənpərvər ziyalı, xaincəsinə öldürülmüş Şixəli Qurbanovun yaxın qohumudur.
”Narkotika alveri, əyilmək, təslim olmaq bizim nəslin adına yaraşmayan bir haldır.

Həbsdən əvvəl mənə siyasi fəaliyyətdən əl çəkməyimə dair xəbərdarlıq edildi, təkliflər olundu.

Bəyan edirəm ki, vətənimin azadlığı, suverenliyi yolunda mən nəinki azadlığımı, hətta həyatımı itirməkdən belə qorxmuram”.

Məstavər Axundov mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edib:

”Cənab Prezident mən heç vaxt cinayət törətməmişəm. Ancaq siyasi fəaliyyətlə məşqul olmağı, vətəni sevməyi cinayət əməlinə çevirənlər var ki, bu məxluqlar başda sizin də olmaqla hamımızın düşmənləridirlər.

Mən əminəm ki, Siz mənim müraciətimin obyektiv  araşdırılıb, ədalətin bərpa edilməsində mənə yaxından kömək edəcəksiniz. Sizdən xahiş edirəm haqqı nahaqqa qurban verilməsinə imkan verməyin”.

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat