Modern.az

Keçmiş döyüşçülər nazirin müdafiəsinə qalxdılar

Keçmiş döyüşçülər nazirin müdafiəsinə qalxdılar

29 Oktyabr 2013, 10:23

Yeni müdafiə naziri səlahiyyətlərinin icrasına başlayandan xeyli sayda kadr dəyişikliyi edib. Demək olar ki, hər gün Müdafiə Nazirliyində kadr islahatları ilə bağlı proqnozlar verilir. Yeni nazir bəzi yüksək rütbəli hərbçləri tutduğu vəzifədən kənarlaşdırıb. İslahatlarının yeni başladığını nəzərə alsaq, hələ bir çoxlarının işdən kənarlaşdırılacağı gözlənilir. Ekspertlər hesab edir ki, yeni vəzifəyə gətirilənlərin əksəriyyətinin keçmiş döyüşçü və Milli Qəhrəman olması orduda nizam-intizamın yaradacaq. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev

Modern.az-a Zakir Həsənovun kadr islahatlarını müsbət addım olduğunu bildirib. O, müharibə iştirakçılarının nazirlikdə işləmələrini sevindirici bir hal olduğunu bildirib. Onun sözlərinə görə, belə insanların vəzifəyə çəkilməsi torpaqlarımızın düşməndən azad edilməsi üçün atılan addımdır.

“Biz torpaqların azad olunması üçün müharibənin başlamasını gözləyirik. Bütün atılan addımlar yaxşılığa doğru olmalıdır. Yəqin ki, kadr islahatlarının effektivliyini zaman göstərəcək”, – deyə Füzuli Rzaquliyev bildirib.  

Gültəkin ƏLƏSGƏR 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat