Modern.az

Vasif Talıbova hüquqi islahatlara görə diplom verildi

Vasif Talıbova hüquqi islahatlara görə diplom verildi

29 Oktyabr 2013, 10:36

Modern.az saytı xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarına görə diplomla təltif olunub. Diplomu Naxçıvan MR sədrinə Azərbaycan Hüquqşünasları Konfederasiyasınin sədri, millət vəkili Əli Hüseynli təqdim edib.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) mövzusunda ikigünlük Beynəlxalq seminar  keçirilir. Seminarın işində milli və beynəlxalq ekspertlər iştirak edir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir