Azərbaycan prezidenti İlham Əliyev sabah Türkiyəyə səfərə gedəcək. Modern.az bildirir ki, bu barədə türk mediası məlumat yayıb. Prezident Abdulla Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək olan İlham Əliyev rəsmi görüşlərlə yanaşı, iqtisadi əməkdaşlıq məsələlərinin genişləndiriliməsi ilə bağlı müzakirələr aparacaq.
Daha sonra prezident İlham Əliyev İstanbulun Asiya və Avropa hissələrini birləşdirəcək Mərmərə dəmiryol tunelinin açılışında iştirak edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun Azərbaycan prezidentinin ilk xarici səfərini Türkiyəyə edəcəyini açıqlamışdı.
Modern.az