Modern.az

İş yerini dəyişmək istəyən müəllimlərin vakansiya seçimi başlayıb

İş yerini dəyişmək istəyən müəllimlərin vakansiya seçimi başlayıb

Təhsil

23 Aprel 2024, 13:14

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə bu gün  saat 11:00-da start verilib.

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

 

Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.

 

Xatırladaq ki, 17–19 aprel tarixlərində keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır