Modern.az

“Bizim ölkəni Brilyovdakı meyvə bazarına çevirmək istəyirlər”

“Bizim ölkəni Brilyovdakı meyvə bazarına çevirmək istəyirlər”

29 Oktyabr 2013, 13:38

“QHT kimi fəaliyyət göstərən ATƏT-in Demokratik Təsisatlar Bürosu üzərinə düşən öhdəlikləri tam yerinə yetirə bilmir. Azərbaycan 20 ildən çox ATƏT-in üzvüdür. Bu Büroda azərbaycanlı yoxdur, amma orada 4 erməni fəaliyyət göstərir. Azərbaycanın inkişafı bir çox dövlətləri narahat edir”. Modern.az bildirir ki, bu sözləri parlamentin iclasında deputat Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, bu maraqlı qüvvələrin öz məqsədləri var: “Onlar Azərbaycanı Brilyovdakı meyvə bazarına çevirmək istəyirlər. Azərbaycanın inkişaf yolunun qarşısını almaq niyyətindədirlər”-deyə deputat vurğualyıb.  

A.Mollazadə bildirib ki, ölkəmizin milli təhlükəsizlik konsepsiyasında Azərbaycanın strateji inkşafında Avroatlantik inteqrasiya prosesi öz əksini tapıb. “Azərbaycan parlamentinin əlaqə saxladığı beynəlxalq parlament qurumları seçkilərlə bağlı müsbət rəy verdi. Bu onu göstərir ki, Azərbaycan parlamenti bu təşkilatlarla necə illər tərəfdaşlıq edə bilər”.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir