Avropa Olimpiya Komitəsi (AOK) müşahidə qrupu “Avropa Oyunları 2015”ə ev sahibliyi edən şəhərə gəlişlərindən üç gün sonra “Avropa Oyunları Bakı 2015”-in yerli əməliyyat komitəsi tərəfindən edilmiş irəliləyişi qiymətləndirib.
“Avropa Oyunları 2015”ə hazırlıq Azərbaycan prezidenti İlham Əliyevin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Spiros Kapralosla görüşündə müzakirə edilib. Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı və Bakıda İlk Avropa Oyunlarına hazırlıqlarda irəliləyişlər qeyd edilib.
Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun sülhməramlı səfiri və Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva AOK-un üzvlərini Bakıda 28-29 oktyabr 2013-cü ildə keçirilən təqdimatlarda qəbul edib.
AOK-un Koordinasiya Komitəsinin sədri Spiros Kapralos Bakıda mətbuat konfransında çıxış edərkən bildirib ki, tarixi ilk Avropa Oyunlarına “Bakı 2015” Təşkilat Komitəsi tərəfindən aparılan bütün planlaşdırma və hazırlıqlara “valeh olub”.
Spirol Kapralos deyib: ““Bakı 2015 Oyunları” bütövlükdə Avropa gəncləri və cəmiyyəti üçün böyük yeni infrastrukturlar, ilham və tədbirlərin keçirilməsi üçün yerlər qoyub gedəcək”.
Kapralos və AOK-un prezidenti və BOK-un İcraiyyə Şurasının üzvü Patrik Hikki Azərbaycan Respublikasının idman və gənclər naziri və BAOƏK-in Baş Əməliyyat məmuru Cim Şerr tərəfindən müşayiət olunan tədbirin keçirilmə yerlərinə tura şəxsən başçılıq edən Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçısı Azad Rəhimov tərəfindən qəbul edilib.
Nazir Rəhimov söyləyib ki, “İkinci dəfə Koordinasiya Komissiyasını salamlamaqdan məmnunluq duyuruq və onları öz plan və irəliləyişlərimizlə tanış etməkdən zövq aldıq”.
“Prezident Əliyev və birinci xanıma bizim səfərimizdə iştirak etdiklərinə görə minnətdaram. Onların ilk Avropa Oyunlarına ev sahibliyi etməyi öhdələrinə götürməsi tərəddüdsüz olmuşdur və onların plan və prosesə cəlb olunmaları alqışlanır”, - deyə Patrik Hikki bildirib.
“BAOƏK idman yarışlarının cədvəli və keçirilmə yerləri ilk Tarixi Avropa Oyunlarının planlaşdırılmasında müfəssəl detalları ilə yeni səviyyəyə çatdı. Bu, atletlər, tamaşaçılar, qonaqlar və Oyunlara hazır olan digər qruplara mənzil, nəqliyyat və başqa əsas oyunların sahəsi və xidmətlər kimi idman yarışlarınınn və onalrın keçirilməsi yerlərinin daha detallı planlaşdırılmasını davam etdirməyə yol açdı” – Hikki bildirib.
AOK son illərdə təntənəli London 2012 Olimpiya və Paraolimpiya oyunları və bir çox başqa layihə və tədbirlərdə çoxlarının iştirak etdiyi bir çox hörmətli Oyun planlaşdırıcları və ekspertlərinin iştirakının təşkili ilə Təşkilat Komitəsinin peşəkarlığının artmasını yüksək qiymətləndirdi.
BAOƏK-in Baş Əməliyyat İcraçısı Cim Şerir söylədi ki: “Bakı Oyunlarının açılış mərasiminədək çox az - 600 gün qalmasına görə BAOƏK-də hər kəs coşğundur və Bakı, bütün Azərbaycan dövləti və Avropa qitəsinin qürur duya biləcəyi Oyunların keçirilməsinə diqqətlərini cəmləyiblər.”
“Bizim böyüklərdən ibarət təcrübəli komandamız yerlərdə olmuş və planlaşdırma yüksək səviyyədədir. Son altı ay ərzində böyük həcmdə işlər görülüb və Milli Olimpiya Komitəsi, İdman Federasiyaları və digər əsas maraqlı şəxslərlə bizim Oyunların detallarını bölüşməyə başlamaq ən böyük prioritetdir. ”
Hikki Bakı Oyunlarını fantastik və innovativ kimi təsvir edərək, AOK-un Bakı təşkilatçılarının Oyunlar vasitəsilə cəmiyyəti savadlandırmağa kömək etmək üçün katalizator kimi istifadə etməsindən məmnun olduğunu söylədi.
Prezident Hikki Azərbaycan idman və gənclər naziri Azad Rəhimov tərəfindən Bakı Oyunlarına rəhbərlik edilməsini qiymətləndirib və Azərbaycan hökuməti və xalqı tərəfindən oyunlara göstərilən dəstəyə görə təşəkkür edib.
AOK Komissiyası üzvləri Oyun təşkilatçılarından texnologiya, mənzil, kommunikasiya, maliyyə, nəqliyyat, tikinti və idman və tədbirlərin keçirilməsi yeri kimi bir sıra funksional sahələrdə proseslər barədə təqdimat və hesabatları alıblar.
Onlar həmçinin boks, içəridə keçirilən voleybol, taekvando, qılınc oynatma və karate kimi beş idman növünə ev sahibliyi edəcək Kristal Zal daxil olmaqla, əsas oyun keçirilən yerlərə turda iştirak ediblər.
Nazir Azad Rəhimov bildirib ki, Azərbaycan xalqı Avropa dövlətləri və atletlərinin uzun müddət yaddaşlarından silinməyəcək və Azərbaycanda və qitədə gələcək gənc nəsilləri ruhlandıracaq milli qarşılama və oyun vərdişləri nümayiş etdirməyi planlaşdırırlar və səfərləri zamanı göstərdikləri dəstəyə və məsləhətlərinə görə AOK-un Koordinasiya Komissiyasına təşəkkür ediblər.
“Bakı 2015 oyunları üçün bizim planlarımız AOK oyun mütəxəssisləri ilə keçirilən yüksək məhsuldar görüşlərlə əhəmiyyətli dərəcədə keyfiyyət əldə etmiş və güclənmişdir və biz ilk Bakı 2015 oyunlarına doğru irəlilədiyimizə görə Koordinasiya Komissiyasından növbəti səfərləri səbirsizliklə gözləyəcəyik”.
Avropa Oyunları hər dörd ildən bir keçirilən Avropanın 49 Milli Olimpiya Komitələrinin atletləri üçün çoxsaylı idman hadisəsidir. İlk Avropa Oyunlarının Azərbaycanın Bakı şəhərində keçirilməsi qərara alınıbr. Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən sahiblik, təşkil edilir və tənzimlənir. Avropa Oyunları İtaliyanın Roma şəhərində 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında Avropa Oyunlarının yaradılması üçün Avropa Milli Olimpiya Komitələrinin əksəriyyətinin səs çoxluğu ilə yaradılıb. Bu həmin Ümumi Yığıncaqda olub ki, MOK-lar böyük səs çoxluğu ilə oyunların Azərbaycanın Bakı şəhərində keçirilməsinə qərar verib. Daha geniş məlumat üçün www.baku2015.com səhifəsində verilib.
Modern.az