Modern.az

Bakıda qənd sexi qapadılıb

Bakıda qənd sexi qapadılıb

30 Oktyabr 2013, 12:14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bir sıra qanunsuzluqlar aşkarlayıb. Belə ki, Bakı şəhəri, 7-ci mikrorayon ərazisində Əbülfəz Nəzərova məxsus müəssisədə “Fəta 121” nişanlı rafinə edilmiş qənd istehsalına dövlət nəzarəti aparılıb.

Komitədən Modern.az-a verilən məlumata görə, müəssisədə uyğunluq sertifikatı olmadan sanitariya norma və qaydalara məhəl qoyulmadan 2 adda məhsul - karamel tipli şərq şirniyyatı (noğul) və nanəli karamel istehsal edilir. Eyni zamanda istehsal olunan “Avko” nişanlı karamel tipli şərq şirniyyatı - noğul məhsullarının üzərində istehsalçı kimi başqa bir müəssisənin (Xaçmaz şəhəri, fiziki şəxs E. Əliyev) qeyd edildiyi müəyyən edilib. Nəzarət tədbirləri nəticəsində məhsulların müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimatının və resepturaların, habelə müəssisənin laboratoriyasının və ya akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı aşkar olunub.

Müəyyən olunmuş bu və digər nöqsanlarla bağlı olaraq, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokol tərtib edilib, sertifikatsız məhsulların istehsalı və satışı qadağan olunub.

 

Gültəkin ƏLƏSGƏR

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir