Modern.az

Moskvada daha bir bazar bağlandı - 200 azərbaycanlı işsiz qaldı

Moskvada daha bir bazar bağlandı - 200 azərbaycanlı işsiz qaldı

30 Oktyabr 2013, 13:10

Dünən Moskvada azərbaycanlıların çalışdığı daha bir bazar bağlanıb. Butova bazarında işləyən azərbaycanlılar 'Orxan Zeynalov tək Şerbakovu öldürmədi, o bizim hamımızı öldürdü' deyə hadisəyə münasibət bildiriblər.
Modern.az-ın məlumatına görə, adı çəkilən bazarın bağlanması nəticəsində 200-ə yaxın azərbaycanlı işsiz qalıb. Ticarət obyektinin  bağlanma səbəbini bazarın yerində yeni ticarət mərkəzinin tikiləcəyilə izah ediblər.
Bazarda işləyən azərbaycanlılar isə buna inanmadıqlarını deyiblər.

Butova bazarı bağlanandan sonra işsiz qalan Namaz Qədirov Modern.az-a deyib ki, bu, artıq 4-cü ticarət obyektidir ki, əsassız səbəb göstərilərək qapoadılır və sonucu da bəllidi – yüzlərlə azərbaycanlı işsiz qalır.
'Heç olmasa bizi aldatmasınlar, bilək ki, əlimizdəki mallarla neyləyək”.

Hazırda bazarda işləyən həmyerlilərimiz satıqları malları ticarət obyektindən daşımaqla məşğuldular...

Gülnarə Bünyatova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir