Modern.az

Kommunal xərclər bahalaşacaq? - İqtisadi İnkişaf Nazirliyi cavab verir

Kommunal xərclər bahalaşacaq? - İqtisadi İnkişaf Nazirliyi cavab verir

30 Oktyabr 2013, 14:11

Hökumətin büdcə təşkilatlarına kommunal xərclər və yanacaq-sürtkü materiallarının ödənilməsi üçün ödənişlərə dair xərclərini artırmaq planları haqda  yayılan xəbərlərdən sonra ekspertlər tariflərin yüksələcəyi barədə proqnozlar veriblər.

“Əhaliyə göstərilən kommunal xidmətlərin artırılması gündəmdə deyil”. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev tariflərin artırılacağı ilə yayılan xəbərlərə aydınlıq gətirərkən belə deyib. O, Modern.az-a bildirib ki, bu məsələ Tarif Şurasının gündəmində durmur.

“Ümumiyyətlə tariflərin artırılması gündəmdə deyil. Eləcə də kommunal və nəqliyyat xidmətlərinin”.

Qeyd edək ki, iqtisadçı-ekspert Rövşən Ağayev ötən 2012-ci illə müqayisədə bu xərclərin 55,1% artacağını bildirib

Gültəkin ƏLƏSGƏR  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir