Modern.az

Mehman Əliyev Mustafa Hacıbəylinin təklifindən “gizləndi”

Mehman Əliyev Mustafa Hacıbəylinin təklifindən “gizləndi”

30 Oktyabr 2013, 15:20

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli maraqlı təkliflə çıxış edib: “Azadlıq” və “Yeni Müsavat” qəzetləri birləşsin və “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev birləşmiş KİV-in rəhbəri olsun. M.Hacıbəyli qeyd edib ki, Müsavat və AXCP 2005, 2008, 2010 və 2013-cü ildəki seçkilərdə bir yerdə olub və bir mövqedən çıxış ediblər. “Bu mövzuda möhtəkirliyə qoyulmalıdır”, – deyən M. Hacıbəyli iki partiyanın da birləşdirilməsinin tərəfdarı olduğunu dilə gətirib.

Qeyd edək ki, bu təklifə qədər “Yeni Müsavat” təsisçi və baş redaktoru Rauf Arifoğlu Müsavat və AXCP birləşdirilməsi və Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin birləşmiş partiyanın sədri olmasını təklif edib.  

Modern.az-a açıqlama verən Mustafa Hacıbəyli birləşmə təklifini tam ciddi səsləndirdiyini deyib: “Fikrimi açıq şəkildə bildirmişəm. Burada heç bir kinayə yoxdur”.

“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin birləşməsi və baş redaktor olması təklifinə Mehman Əliyevin münasibətini öyrənmək cəhdimiz uğursuz oldu. M.Əliyev bu məsələyə sadəcə münasibət bildirmədi.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir