ANS telekanalının əməkdaşı Afət Telmanqızı həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində dünyasını dəyişmiş gəlinləri, 26 yaşlı Pərvinə Hüseynovanın ölümü ilə bağlı millət vəkili Çingiz Qənizadəyə ərizə ilə müraciət edib.
Millət vəkili baş vermiş ölüm hadisəsinin araşdırılması və hüquqi qiymət verilməsi üçün həmin müraciəti Baş Prokurorluğa göndərib. Bu barədə deputatın qərargahından
Modern.az-a məlumat verilib.

Modern.az