Oktyabrın 30-da “Media forum” saytının redaksiyası 7 saata yaxın işıqsız qalıb.
Səhər saat 10-da redaksiyanın işığı keçib. Cavabdeh qurumlar bunu enerji sistemində profilaktik tədbirlə əlaqələndiriblər. Redaksiyanın işığı yalnız saat 5-ə qalmış yanıb.
Bu arada saytda yalnız işığın söndüyü barədə xəbər və daha üç material yerləşdirmək mümkün olub.
Elektrik enerjisinin kəsildiyi müddətdə redaksiyanın telefonları da işləməyib.
Modern.az