Modern.az

Nazir müavini: “Ünvanlı sosial yardımla bağlı dəyişiklik olacaq”

Nazir müavini: “Ünvanlı sosial yardımla bağlı dəyişiklik olacaq”

30 Oktyabr 2013, 18:30

Azərbaycanda “Ünvanlı dövlət sosial yardım haqqında” qanunun dəyişdirilməsinə ehtiyac var. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Pəhimov deyib. O qeyd edib ki, bu halda onun tətbiqi sahəsində yarana bilən mənfi hallar aradan qalxar: “Ünvanlı sosial yardımın qanunvericilik bazası dəyişdirilmlidir ki, subyektiv amillər minimuma ensin. Ola bilər ki, bu dəyişikliklər uşaqlarla bağlı olsun”.

Nazir müavininin sözlərinə görə, ÜSM əhali arasında dəbdə olan layihədir: “İnsanlarda belə düşüncə var ki, niyə də dövlət verən yardımdan istifadə etməyim. Bu isə təbii ki, mənfi hallara yol açır”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir