Modern.az

Bakıda “vəzifəli şəxs”in dələduzluğu ifşa olundu

Bakıda “vəzifəli şəxs”in dələduzluğu ifşa olundu

30 Oktyabr 2013, 18:36

Bakı şəhər sakini Lətif Süleymanovun qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

raşdırmalar zamanı L.Süleymanovun özünü dövlət hakimiyyət orqanının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə ümumilikdə 28.0 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, L.Süleymanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib. Hazırda iş üzrə istintaq davam etdirilir. 

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə