Oktyabrın 30-da 13 nəfər gənc Ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin edilib. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa qəbul olunmuş gənc əməkdaşları təbrik edib, onlara ədliyyə orqanlarında qulluq keçərkən uğurlar arzulayıb.
Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyinə baxış keçiriblər.
Modern.az