Modern.az

Deputatlar Quba və İsmayıllı hadisələri haqda danışdı: "Prezident verdiyi sözə əməl etdi"

Deputatlar Quba və İsmayıllı hadisələri haqda danışdı: "Prezident verdiyi sözə əməl etdi"

31 Oktyabr 2013, 09:57


2011-ci il və bu ilin əvvəlində Qubada və 2013-cü ildə İsmayıllıda baş verən iğtişaşların iştirakçıları ilə bağlı məhkəmə prosesləri başa çatmaq üzrədir. Modern.az-a açıqlamasında Qubanı təmsil edən deputat Yevda Abramov bunun çox incə məsələ olduğunu vurğulayaraq mediaya mövzuya ehtiyatla yanaşmağı tövsiyə edib. O, qeyd edib ki, mediada gedən informasiyalar əksər vaxt məhbusların yaxınlarına pis təsir edir.

“Deputat həmkarım Vahid Əhmədovla mənim Qubada prezidentə müraciətimiz əsasında Quba hadisələrində həbs edilən 10 nəfərdən 7-si əfv edildi. Bu, böyük humanist addımdır. Prezident verdiyi sözə əməl etdi və Qubadan qayıtdıqdan sonra iğtişaşlara görə həbs edilənlərin sayı 3 nəfərə endi. Biz daim həbsdə olanların yaxınları ilə də əlaqə saxlayırıq”.

İsmayıllı rayonundan seçilən deputat Novruz Aslan bölgədə baş vermiş hadisələrlə bağlı istintaq prosesinin başa çatdığını və artıq işin məhkəməyə göndərildiyi bildirilib.

“Ağır Cinayətlə üzrə Şəki Məhkəməsində proses başlanılıb. Onun gedişini müşahidə edir, nəzarətdə saxlayırıq”.
Deputat proses müddətində təqsirləndirilənlərin yaxınlarının da onunla görüşdüyünü bildirib. “Hər həftə rayona gedib ya öz qərargahımda, ya da kəndlərdə seçicilərimlə görüşlər keçirirəm. Bir neçə dəfə olub ki, həbs edilən insanların valideynləri nümayəndə heyəti tərkibində mənimlə görüşə gəlib. Onlara izah etmişəm ki, məhkəməyə heç bir təsir gücümüz ola bilməz, məhkəmənin işinə qarışa bilmərik. Cinayət işi açılıb və buna uyğun olaraq məhkəmə öz qərarını verəcək. Ümumilikdə prosesdə 18 nəfərin adı çəkilir və güman edirəm ki, hakimlər ədalətli qərar verəcək”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir