Modern.az

Deputat: "Lazım olan yerə münasibətimizi bildirmişik"

Deputat: "Lazım olan yerə münasibətimizi bildirmişik"

31 Oktyabr 2013, 11:07

Parlamentin son iclasında millət vəkili Zeynəb Xanlarova qarabağlı deputatları Qarabağdan danışmamaqda ittiham edib. Modern.az-a açıqlamalarında  məsələyə 122  saylı Xankədi seçki dairəsindən parlamentə seçilmiş deputat Flora Qasımova, 124 saylı Şuşa –Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin seçicilərini təmsil edən Elman Məmmədov münasibətlərini bildiriblər.
Bu mövzuya 121 saylı Laçın seçki dairəsindən deputat seçilmiş Nazim Fərəcovun da münasibətini öyrənmək istədik. Təəssüf ki, o, sullarımıza parlament üzvünə (özü də doğma dədə-baba torpağı işğal altında olan) yanaşmayan bir tərzdə cavab verərək telefonunu qapatdı.

MM üzvü Nazim Fərəcovla telefon söhbətimizi olduğu kimi nəzərinizə çatdırırıq:

- Salam, Nazim müəllim.
- Salam.
- Zəhmət olmasa, bir neçə sualımıza cavab verin.
- Buyurun.
- Zeynəb Xanlarova parlamentin son iclasında qarabağlı deputatları  Qarabağ haqqında danışmamaqda qınadı. İşğal altında olan Laçın bölgəsinin deputatı kimi buna sizin münasibətiniz necədir?
- Lazım olan yerə münasibətimizi bildirmişik...
- Mətbuatda münasibətinizə rast gəlməmişik. Konkret sizin fikrinizi bilmək istəyirik.
- Hərənin öz fikri var. O da millət vəkilidi. Hər bir deputatın fikrinə hörmətlə yanaşmaq lazımdı. Onun da fikrinə hörmətlə yanaşmaq lazımdı...
- Siz, ümumiyyətlə, deputat seçiləndən bəri parlamentdə Qarabağ mövzusunda danışmısız?
- Sizə lazımdı bu?
- Biz bilmək istəyirik ki, siz parlamentdə bu mövzuda danışmısız, yoxsa yox?
- Sizə lazımdı bu?

Sultan Laçın

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir