“Milli Şuranın partiyaya çevrilməsi haqqında danışmaq hələ tezdir”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Mehman Əliyev deyib. O, sözügedən qurumun bazasında yeni partiyanın yaradılması perspektivini şərh edərkən bildirib ki, bu, düzgün addım olmaz.
“Mən bu vaxta qədər partiya üzvü olmamışam və bundan sonra da belə bir fikrim yoxdur. Mənim kimi Milli Şurada çoxlu adam var”-deyən Milli Şura rəsmisi hesab edir ki, təmsil etdiyi qurumun partiyaya çevrilməsi məqsədəuyğun deyil. Bir sözlə mən Milli Şuranın partiyaya çevrilməsinin tərəfdarı deyiləm”-deyə M. Əliyev söyləyib.
Aqşin Kərimov