Modern.az

Köçkünlərə bu qış da mavi yanacaq verilməyəcək

Köçkünlərə bu qış da mavi yanacaq verilməyəcək

31 Oktyabr 2013, 12:39

Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli kəndlərində məskunlaşan məcburi köçkünlər bu qışı da mavi yanacaqsız keçirməli olacaqlar.

Bu barədə Modern.az saytına həmin kənddə məskunlaşan məcburi köçkünlər məlumat veriblər. Onlar qeyd ediblər ki, hələ iki il öncə həmin kəndlə qonşuluqda yerləşən Şəfəq və Ağcakənd kəndləri qazla təmin olunsa da, bu iki kəndin ortasında yerləşən Qaraçinar və bir neçə kənd qazla təmin olunmayıb. Baxmayaraq ki , qaz xətti Ağcakəndə Qaraçinardan keçir. Bu ilin yayında Qaraçinar, Yenikənd, Meşəli kəndlərinə qaz xətti çəkilsə də, işlər tamamlanmayıb. Ona görə də onlara qaz verilməyəcək. Sakinlər bildiriblər ki, qaz xəttinin çəkilişi dayandırılıb.Qış isə bu dağlıq zonada qapını alıb. Onların yanacaq kimi odundan istifadə etməsi məsələsi də çətinləşir. Çünki bu məsələyə də icazə verilmir. Onlar qışı necə keçirəcəklərini bilmirlər.  

Bu kəndlərdə 5 mindən artıq məcburi köçkün yaşayır.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir