Modern.az

Rus polkovniki Bakını hədələdi: “Müharibə başlasa, Ermənistanı müdafiə edəcəyik”

Rus polkovniki Bakını hədələdi: “Müharibə başlasa, Ermənistanı müdafiə edəcəyik”

Təhsil

31 Oktyabr 2013, 13:26

“Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi  bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək”.

Modern.az xəbər verir ki, bunu Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın “Krasnaya Zvezda” nəşrinə müsahibəsində bildirib.

Bundan əlavə, Ruzinski Ermənistan ərazisində “Smerç” reaktiv artilleriya qurğularının bir neçə batareyasının olduğunu təsdiqləyib. Onun sözlərin görə, 102-ci hərbi bazanın əsasını “S-300” zenit-raket kompleksi, MİQ-29 təyyarələrindən ibarət döyüş eskadrilyası və “Smerç” artilleriya batareyaları təşkil edir.




Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə