Modern.az

Rusiyadan qayıdan azərbaycanlılar sarsıntı keçirib-Psixoloq

Rusiyadan qayıdan azərbaycanlılar sarsıntı keçirib-Psixoloq

31 Oktyabr 2013, 13:51

“Rusiyadan Azərbaycana dönüş edən miqrantlar ciddi psixoloji sarsıntılar keçirir”. Psixoloq Narınc Rüstəmova Modern.az-a belə deyib. Onun sözlərinə görə, insanın harda yaşamasından asılı olmayaraq, həmin mühitə adaptasiya olması üçün zaman lazımdır.

“Russiyada  yaşayanlar artıq necə illərdir ki o şəraitə öyrəşiblər. Bu sistemdən çıxmaq, yenidən harasa köçmək, orda yenidən çətinliklərlə üzləşmək təbii ki, qorxuludur. Amma onlar unudurlar ki, bura onların vətənidir və nə qədər çətin olsa da, Rusiyadan rahat olacaq”.

Psixoloq daha pozitiv tərəfdən yanaşmanı tövsiyə edir. “Qürbətdə 5 min qazanıb burda 2 min qazanacaqlarsa, bu itki deyil. Heç olmasa ailələrinin yanında olacaqlar, isti münasibət görəcəklər”.  



Gülnarə Bünyatova
 
Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir