Modern.az

Ən çox xarici dil bilən nazir

Ən çox xarici dil bilən nazir

31 Oktyabr 2013, 14:33

Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov 4 xarici dil bilir. Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, nazir alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir.

Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunu Zakir Həsənov 1980-ci ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.  
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 

Məlumata görə, xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin birində generalın ingilis dilində səlis çıxışı diqqətdən yayınmayıb. Həmin tədbirdə azərbaycanlı generalın yalnız peşəkar zabit kimi deyil, həm də peşəkar diplomat və iqtisadçı kimi çıxış etməsi beynəlxalq təşkilatların nümayəndələrinin diqqətini çəkib.

Türkiyədəki tədbirlərdə Zakir Həsənovun türk zabitlərilə Anadolu türkcəsində danışdığı da diqqətlərdən yayınmayıb. Bununla generalın Azərbaycanda ən çox dil bilən nazir olduğu vurğulanır.

Zakir Həsənov 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib və ona general-polkovnik rütbəsi verilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir