Modern.az

Səlim Müslümovun yeni planları var

Səlim Müslümovun yeni planları var

31 Oktyabr 2013, 15:19

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun dövründə sosial sahədə ən çox korrupsiya halları ünvanlı sosial yardımın verilməsi məsələsində idi. Bununla bağlı çoxsaylı şikayətlərdən sonra bir neçə vəzifəli şəxs həbs edilmişdi. Yeni nazir Səlim Müslümov prezidentin sərəncamı ilə bu vəzifəyə təyin olunarkən ilk diqqəti çəkən məqam bu sahədə problemlərin aradan qalxıb qalxmayacağıdır. Təsadüfi deyil, sosial yardıma möhtac ailələr bu yardımı əldə etmək üçün müxtəlif çətinliklərlə üzləşirlər. Belə ki, əgər onlar sosial yardım almaq istəyirlərsə, bir il ərzində veriləcək yardımın 6 ayı “bu işi düzəldən” şəxsə çatır. Bəzən isə heç sosial yardıma ehtiyacı olmayanlar saxta yollarla sənəd düzəldib bu yardımı almır.

Bütün bu və ya digər məsələlərin həllinin necə tapacağı və bu istiqamətdə yeni nazirin hansı işləri görəcəyi ilə bağlı Modern.az Səlim Müslümovun rəyini öyrənməyə cəhd göstərib. Nazirin köməkçisi bildirib ki, gələcək fəaliyyətdə bütün bu məsələlərin müsbət dəyişiklərin hamısı hiss olunacaq.

“Biz bununla bağlı nəsə açıqlamasa verməsək də, əməldə bu işlərin hamısı görünür. Yəni gələcək fəaliyyətdə bütün bu məsələlərin necəliyi, müsbət dəyişiklərin hamısı hiss olunacaq”.

Nazir köməkçisi bu istiqamətdə kadr dəyişikliklərinin də mümkün olduğunu bildirib.

“Hər halda nazirliyin əsasnaməsinə, qarşıya qoyulan məqsəd və funksiyalara uyğun olaraq bütün məsələlər həyata keçiriləcək. Bütün çalışmalar bundan ötrüdür. Şəffaflıq əsas prinsip olacaq”.

 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə