Modern.az

Nazirliyimiz beynəlxalq təşkilatlara müraciət edib

Nazirliyimiz beynəlxalq təşkilatlara müraciət edib

1 Noyabr 2013, 10:53

Azərbaycanın Ermənistan tərəfindən işğal edilən rayonlarında ermənilərin təbiətə vurduğu ziyan, meşələrin yandırılması, tarixi abidələrin sökülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ETSN) tərəfindən müxtəlif vaxtlarda beynəlxalq təşkilatalara müraciətlər ünvanlanıb. Bəs ünvanlan müraciətlərə hər hansı reaksiya verilib?

ETSN-nın mətbuat xidmətinin rəhbəri İradə İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, işağl olunmuş ərazilərdə erməni işğalçıları tərəfindən canlı təbiətə və bəşəriyyətə yönəlmiş əməllər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiəti və Təbii Ətraf Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibininə, BMT İqlim Dəyişmələri Çərçivə Katibliyi, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciət olunub. O qeyd edib ki, beynəlxalq təşkilatlara müraciətlərdə bu istiqmaətdə təxirə salınan tədbirlərin görülməsi diqqətlərinə çatdırılıb.

“Lakin təəssüflər olsun ki, bu günə qədər hələ bir cavab verilməyib. Dəfələlər müraciət etməməyimizə baxmayaraq beynəlxalq təşkilatlar nə həmin ərazilərə monitorinq qrupu göndəriblər, nə də reaksiya veriblər”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə