Modern.az

Təhsil Nazirliyi ali məktəb imtahanları barədə AÇIQLAMA verdi

Təhsil Nazirliyi ali məktəb imtahanları barədə AÇIQLAMA verdi

1 Noyabr 2013, 12:59

Modern.az xəbər verir ki, Təhsil Nazirliyi ali təhsil ocaqlarında imtahanların test və ya yazılı üsulla verilməsi məsələsinə aydınlıq gətirib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, ali məktəblərdə təsdiq olunan Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur

“Ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir (Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq edilmiş “Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə”).
Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” təsdiq edilib (Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri). Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur”.   Aytən ƏLİYEVA  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə