Modern.az

Sabah hava şəraiti necə olacaq?

Sabah hava şəraiti necə olacaq?

1 Noyabr 2013, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftəsonu üçün hava proqnozunu açıqlayıb. Nazirliyin Departament xidmətindən Modern.az-a verilən məlumat görə, noyabrın 2-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-11, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda noyabrın 2-də əsasən arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə