Modern.az

Cavanşir Feyziyev: "Azərbaycan mətbuatının dünyaya çıxışı çox zəifdir"

Cavanşir Feyziyev: "Azərbaycan mətbuatının dünyaya çıxışı çox zəifdir"

1 Noyabr 2013, 13:14


““Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində məqsədimiz beynəlxalq münasibətlər mövzusunda beynəlxalq səviyyəli yazı yaza bilən jurnalistləri aşkar etməkdir”.

Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı, layihənin rəhbəri Cavanşir Feyziyev məlumat verib. O, qeyd edib ki, bununla bağlı tədbirlər planı hazırlanacaq.

“Müxtəlif səpkili konfranslar, müsabiqələr yolu ilə beynəlxalq mövzuda yaxşı yazan jurnalistlər aşkar edildikdən sonra müxtəlif beynəlxalq jurnalist təşkilatları, ayrı-ayrı ölkələrin mətbuat orqanları ilə danışıqlar aparacağıq. Bu dünən başladığımız layihənin tərkib hissədir, ancaq son mərhələsidir”.

C. Feyziyev bildirib ki, layihə çərçivəsində birinci beynəlxalq mövzuda yazı yaza biləcək potensialı olan jurnalistləri aşkarlamaqdır. “Bir sıra mərhələlər də həyata keçirildikdən sonra jurnalistlərimiz ən demokratik hesab olunan medianın fəaliyyət göstərdiyi ölkələrə göndəriləcək.

Ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin, idmanın və s. dünyaya çıxışı təmin olunub. Amma Azərbaycan mətbuatının dünyaya çıxışını çox zəif görürük. Bu layihəni həyata keçirməkdə məqsəd Azərbaycan jurnalistlərinin bu istiqamətdə inkişaf etməsi, dünya mətbuatına çıxmasıdır. Əgər jurnalistlər cəhd göstərsə, biz də onları dəstəkləyəcəyik”.

 

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə