Azərbaycan Pedaqoji Universitetindən sonra Azərbaycan Universitetində də tələbələr aksiya keçiriblər. Modern.az xəbər verir ki, universitetin xeyli tələbəsi aksiyada yazılı imtahanın ləğv olunmasını tələb edirlər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər. Onlar imtahanların test üsulu ilə keçirilməsini istədiklərini deyiblər.
Aksiya iştirakçılaını universitet rəhbərliyi qəbul edib. Yarım saatlıq görüşdən tələblər yenə narazılıq ediblər. Onların sözlərinə görə, tələbləri təmin olunmayıb
Bir çox universitetlərdə olduğu kimi Azərbaycan Universitetində də semestr imtahanları test üsulu ilə yanaşı, yazılı imtahan da keçirir. Bu isə tələbələrin narazılığına səbəb olur.
Gültəkin ƏLƏSGƏR