Modern.az

“YAP-ın adından özünüreklam üçün istifadə etməyin” – Deputat

“YAP-ın adından özünüreklam üçün istifadə etməyin” – Deputat

1 Noyabr 2013, 15:25


“İstənilən vətəndaş Prezidentə müraciət edə bilər, amma bu məsələdə YAP-ın adının hallandırılması düzgün deyil”. Bunu Modern.az-a YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. “Hakimiyyətlə dialoq mümkündür. Azərbaycan Prezidenti bütün vətəndaşların prezidentidir və istənilən vətəndaş prezidentə müraciət edə bilər. Mənə sadəcə aydın deyil ki, hakimiyyətlə danışıqlar aparmaq istəyirlərsə, YAP-ın adını nə üçün hallandırırlar. YAP siyasi təşkilatdır və kimsə hökumətlə danışıqlara getmək istəyirsə, YAP-ın adını özünüreklam üçün istifadə etməməlidir”.

Qeyd edək ki, Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev Modern.az-a açıqlamasında hakimiyyətlə dialoqa hazır olduğunu bildirib. Lakin dialoqun YAP-la deyil, birbaşa hökumət və prezidentlə qurula biləcəyini əlavə edib.

  Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir