Modern.az

BDU-da “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda tədbir keçirilib

BDU-da “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda tədbir keçirilib

1 Noyabr 2013, 17:05

Modern.az xəbər verir ki, bu gün Four Seasons hotelinin rast zalında III Bakı Beynəlxalq Humanitar Forumunun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən Elmi innovasiyalar və onların təhsil mühitinə transferi mövzusunda Dəyirmi masası keçirilib. İclası açan universitetin rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən danışıb. Bilidirb ki, məşhur siyasətçilərin, alimlərin, yaradıcı ziyalıların diqqətini cəlb edərək beynəlxalq humanitar əməkdaşlığın mühüm aspektlərinə dair dialoqun inkişafına sanballı töhfə verən, “XXI əsr: ümidlər, çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunub. 2011-ci ildə birinci, 2012-ci ildə ikinci Forum keçirilib. Bu Forumlarda tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı Laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak ediblər. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri aparılmış, beynəlxalq miqyasda həlli zəruri olan aktual problemlər müzakirə edilərək müvafiq qərarlar və Bəyannamələr qəbul edilib. Nəticədə qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla humanitar aspektdə XXI əsrin ümid və çağırışlarının müəyyən edilməsi və bu sahədə sürətli inkişafa nail olunması baxımından çox böyük missiya yerinə yetirilib. Qeyd etmək lazımdır ki, I Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dünyanı dəyişdirən müasir texnologiyalar” və II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” adlı Dəyirmi masalar da Bakı Dövlət Universiteti tərəfindən təşkil edilmiş və yüksək səviyyədə həyata keçirilmişdir. III Bakı Beynəlxalq Humanitar Forumun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən Elmi innovasiyalar və onların təhsil mühitinə transferi   mövzusunda bu Dəyirmi masasında 28 ölkədən 74 nümayəndə iştirak edir. Ən çox nümayəndə Rusiya, Ukrayna, İordaniyadandır. O cümlədən Dəyirmi masa Bakı Dövlət Universitetindən 40 nəfər iştiak edib. Dəyirmi masada Amerika, İngiltərə, Fransa, Almaniya, Kanada, İspaniya, İtaliya, Türkiyə,  Rumıniya, Misir, Küveyt, Macarıstan, Xorvatiya, Polşa, Rusiya, İordaniya, Bolqarıstan, Çexiya, Ukrayna, Qazaxıstan, Estoniya, Latviya, Litva, Türkmənistan, Tacikistan, Delarus, Gürcüstan, Moldovadan nümayəndələr iştirak edir. Qonaqlar araında Nobel mükafatı Laureatları, Universitet rektorları, Prorektorlar, Kafedra müdirləri, Senat sədri və üzvləri, İnstitut direktorları, Direktor müavinləri,  akademiklər, professorlar, dosentlər, agentlik sədrləri, şirkət sədrləri, media nümayəndələri, vitse-prezidentlər, meriya üzvləri var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə