Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb Məhkəmədə dövlət ittihamçısı ona 3 il iş istəyib.
Məhkəmədə çıxış edən Taleh Bağırovun ona qarşı ittihamları qondarma adlandırıb.
Taleh Bağırov bu il martın 31-də saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan zaman Taleh Bağırov üzərindən 1,026 qram heroin, onunla birgə olan Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb.
İlahiyyatçı 2011-ci il həmçinin mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı da saxlanılıb və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2012-ci ilin noyabr ayında azadlığa buraxılıb.
Modern.az