Modern.az

Millət vəkili Şirvanda seçicilərin şikayətlərini dinləyib

Millət vəkili Şirvanda seçicilərin şikayətlərini dinləyib

2 Noyabr 2013, 10:03


Noyabrın 1-də Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçicilərlə növbəti görüş keçirib. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının binasında baş tutan görüşdə deputat təqribən 100-ə yaxın seçicinin müraciət və şikayətlərini dinləyib, üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib. 

Qaldırılan məsələlər arasında I qrup əlillərin sosial təminatı, mənzil problemləri və sair müzakirə olundu. Şikayətçilərin problemlərini dinləyən millət vəkili, onların müraciətlərini Milli Məclis, Nazirlər Kabineti və digər aidiyyəti qurumlara ünvanlayacağını bildirib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə