Modern.az

İranın dini liderinin vəziyyəti PİSLƏŞİB: Xamnei bir aydır görünmür

İranın dini liderinin vəziyyəti PİSLƏŞİB: Xamnei bir aydır görünmür

2 Noyabr 2013, 11:35

İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamnei oktyabrın 5-dən ictimaiyyət arasına çıxmır. Modern.az bildirir ki, ali dini liderin yoxluğu Xamneinin sağlamlığı barədə müxtəlif şayiələrin yaranmasına səbəb olub. Bəzi mənbələr iddia edirlər ki, o, yaxınlarda huşunu itirib.

Qeyd olunur ki, Əli Xamnei bu il Məkkəyə Həcc ziyarətin yola düşənlər qarşısında ənənəvi çıxış etməyib. Bundan əlavə, şiə bayramlarından birində də iştirak etməyib. Bu, bəzi şərhçilərə Əli Xameneyinin ağır vəziyyətdə olmasını deməyə əsas verib.    

Modern.az “The Times” qəzetinə istinadən xəbər verir ki, Xamnei həkimlərin nəzarəti altındadır. İsrail mətbuatı isə, iddia edir ki, Xamnei üçtərəfli İran, Rusiya, ABŞ sənədinin hazırlanması səbəbindən ictimaiyyət arasında görünmür.    

İranın rəsmi informasiya agentliyi olan “İRNA”nın 1 noyabr tarixində əsas xəbəri Əli Xamneinin demoqrafik problemlərə həsr olunan konfransa göndərdiyi müraciət idi. Xəbərdə müraciətin yazılı olduğu və konfrans iştirakçılarına oxunduğu qeyd olunur. Maraqlıdı ki, “İRNA” xəbər mətninə illüstrasiya kimi Xamneinin portretini deyil, onun hansısa sənədi imzalayan əlinin şəklini yerləşdirib.

Əli Xamnei mökhəm sağlamlığı ilə seçilmir. O hələ də sui-qəsd nəticəsində sağ əlinin iflicinin nəticələrindən əziyyət çəkir.    

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə