Modern.az

Sabahın hava PROQNOZU

Sabahın  hava PROQNOZU

2 Noyabr 2013, 11:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında
noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 
Havanın temperaturunun gecə 9-12, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir