Modern.az

Valideynlər: “Məktəb qapadılıbsa, niyə aşağı sinif şagirdləri dərsə gəlir?”

Valideynlər: “Məktəb qapadılıbsa, niyə aşağı sinif şagirdləri dərsə gəlir?”

2 Noyabr 2013, 14:02

Bakı şəhəri Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəb uzun müddətdir ki, fəaliyyətini dayandırıb. Ötən il məktəb binasının altından irihəcmli neft və qaz borusunun keçməsi ilə əlaqədar məktəb şagirdlərin üzünə bir müddətlik bağlanıb. Həmin vaxt uşaqlara xəbərdarlıq olunaraq (2012-ci ilin 8 oktyabrından) və başqa məktəbə gedəcəkləri bildirilib. Məsələ ilə bağlı məktəb direktoru Esmira Muradova valideynləri dəvət edərək böyük iclas keçirib və valideynlərə məktəbin təmir olunacağı, yaxud da sökülüb başqa yerdə tikiləcəyini dedi. Təhlükəsizlik baxımından bu məktəbdə təhsil alan şagirdlər Sabunçu rayonundakı digər məktəblərə köçürüldülər.

Xatırladaq ki, analoji hal bu ilin fevral ayında da baş vermişdi, o zaman hadisə yerinə Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi, o cümlədən müvafiq dövlət qurumlarının əməkdaşları gəlmişdirlər.

Keçmiş təhsil naziri Misir Mərdanov isə təhlükəsizlik tədbirləri sona çatdıqdan sonra müəllimlər və şagirdlər 311 saylı orta məktəbə qayıda biləcəkləri ilə bağlı  açıqlama vermişdi. Hətta sabiq nazir bunun əvəzində yeni məktəb tikilə biləcəyini də inkar etməmişdi. Üstündən iki ilə yaxın vaxt keçsə də Sabunçu rayon 311 saylı məktəbdə heç bir təhlükəsizlik tədbirləri görülməyib. 

Sabunçu rayon 311 saylı məktəbdə təhsil alan şagirdlərin valideynlərinin Modern.az-a verdiyi məlumata görə, məktəbdə heç bir iş aparılmayıb.

“Məktəb yeni tikilmişdi. Bunu tikəndə bütün təhlükəsizlik tədbirlərinə diqqət yetirərdilər. Daha məktəbi tikib sonradan sökməyin nə mənası var. Həmin məktəb artıq 2 ildi ki, təmirə dayandırılıb. Amma məktəbdə bu müddət ərzində heç bir iş aparılmayıb. Deyirlər ki, şagirdlərin təhlükəsizliyi üçün məktəb bağlanıb. Məktəb bu qədər təhlükəlidirsə niyə 5-ci sinifdən aşağı uşaqlara orda dərs keçirilir?”

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib. Nazirlikdən yaxın günlərdə sorğumuza cavab veriləcəyi bildirildi.

Qeyd edək ki, Bakının Sabunçu rayonu ərazisində 311 saylı orta məktəbin həyətindən mazut çıxdığından məktəb bağlanıb.   

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə