Azərbaycan deputatları Tacikistanda prezident seçkilərini müşahidə edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın millət vəkilləri Aydın Mirzəzadə və Azər Badamov MDB Parlament Assambleyasının və qurumun İcraiyyə Komitəsinin xətti ilə ölkədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün noyabrın 4-dən 8-dək Tacikistana səfər edəcəklər. Deputatlarımız ölkənin paytaxtı Düşənbə şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.