Moskvadakı Azərbaycan diaspor təşkilatları Rusiyada işləyən azərbaycanlıları bu gün mümkün qədər küçələrə çıxmamağa çağırıb.
Bu çağırış yalnız Moskvada deyil, Rusiyanın bütün bölgələrində yaşayan soydaşlarımıza edilib. Bu barədə Modern.az-a Moskvadakı soydaşlarmız məlumat veriblər. Bu gün Moskvada keçirləcək “Rus marşı”ında təxribatların baş verəcəyindən narahat olan diaspor təşkilatları belə halların olmaması üçün soydaşlarımza müraciət ediblər.Rəsmi olaraq Xalq həmrəyliyi günü élan olunan 4 noyabrda ənənəvi olaraq ultramillətçi qruplar və partiyalar küçələrə çıxırlar.
Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqdan aldığımız məlumata görə, bu şəhərdə də soydaşlarımıza evdən çıxmamaq çağırışı edilib.
Modern.az