Modern.az

Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri postunda qalacaqmı? – AÇIQLAMA

Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri postunda qalacaqmı? – AÇIQLAMA

4 Noyabr 2013, 13:33

“İnanıram ki,  möhtərəm prezidentin göstərişi ilə Bakının ən mərkəzi, görməli yerlərinin birində Aşıqlar Evi tikiləcək”. Bunu Modern.az-a açıqlamasında xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bildirib. “Mənim buna heç bir şübhəm yoxdur. Siz özünüz də görürsünüz ki, Prezident aşıq sənətinə xüsusi məhəbbət bəsləyir və bu yöndə gözəl işlər görür. Gədəbəydə Aşıqlar Evinin açılışında da o öz ürək sözlərini dedi. Biz də onun dediklərini həyata keçirmək üçün fəaliyyətdəyik. İnanıram ki, Allah  qoysa prezident bu işlə bağlı yaxın zamanlarda sərəncam imzalayacaq. “

Aşıqlar Bitliyinin gələn il növbəti qurultayının keçirilməsi və şairin yenidən sədr qalıb-qalmayacağı barəsindəki suala isə Zəlimxan Yaqub bu cür cavab verir: “Qurultay və qurultayda olacaqlar barədə hələ ki heç nə deyə bilmirəm”.   Elmin Nuri  
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə