Modern.az

Moskvada ruslar azərbaycanlı gəncləri döydülər - 1 soydaşımız xəsarət aldı

Moskvada ruslar azərbaycanlı gəncləri döydülər - 1 soydaşımız xəsarət aldı

4 Noyabr 2013, 13:37


Modern.
az saytının məlumatına görə dünən gecə Moskvadakı gecə klublarının birində ruslar və azərbaycanlı gənclər arasında qarşıdurma yaşanıb. Moskvadakı “'SABLAZİN” adlanan klubda azərbaycanlı Rauf Səcidov yaxın dostları Elmar Lətifov və Elşən Eminli ilə vaxt keçirmək üçün kluba gəliblər. Rauf Səcidovun sözlərinə görə, onlar sadəcə oturub söhbət edirlərmiş. Bu arada 4-5 rus gənci yaxınlaşıb və onlardan hansı millətin  nümayəndəsi olmaları haqda soruşublar.
14 ildir ki, Moskvada yaşayan Rauf Səcidov onların sualını cavabsız qoyaraq dostları ilə söhbətinə davam ediblər. Bu, rus gənclərin xoşuna gəlməyib və  Elmar Lətifovun boğazından yapışaraq, yenidən həmin sualı veriblər. Həmyerlimizin “azərbaycanlıyıq” deməsindən sonra isə ara gərginləşib. Belə ki, rus gənclər soydaşlarımızdan tələb ediblər ki, klubu dərhal tərk etsinlər. Ardınca isə ümumiyyətlə Rusiyandan çıxmağı tələb ediblər.
Onların azərbaycanlıların ünvanına nalayiq sözlər işlətməsinə dözə bilməyən soydaşlarımız ruslarla əlbəyaxa davaya qalxıblar. Hadisəni izləyə klubdakılar olayla bağlı polisə xəbər verməyiblər. Sonda klubun rəhbərliyi dava-dalaşa müdaxilə edib.
Hadisə zamanı xəsarət alan 19 yaşlı Elşən Eminli Moskva xəstəxanalarının birinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Olaydan sonra polis azərbaycanlıların ifadəsini alsa da, rus gənclər saxlanılmayıb.

Gülnarə Bünyatova 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə