Modern.az

Sevinc Babayevanın oğlu Gülər Əhmədovanın üzünə durdu

Sevinc Babayevanın oğlu Gülər Əhmədovanın üzünə durdu

4 Noyabr 2013, 13:47

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilir. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib.
Modern.az xəbər verir ki, mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov Gülər Əhmədovaya qarşı ifadəsində bir çox məsələlərə aydınlıq gətirib. O, anasının Gülər Əhmədova ilə münasibətilərinin pisləşməsinə  Elşad Abdullayevin səbəb olduğunu bildirib. Deyib ki, məhz keçmiş ABU-nun rektoru Elşad Abdullayevlə olan pul qalmaqalından sonra anasının G.Əhmədova ilə münasibətləri pisləşib. Ayxan Məmmədov bir neçə ildən sonra Gülər Əhmədovanın Sevinc Babayevaya zəng edərək onunla görüşmək istədiyini bildirib.  

“Mən onun Gülərlə görüşməsinə etiraz etdim. Dedim ki, niyə görüşürsən, o neçə ildir ki, səninlə danışmır, babamın yasına da gəlmədi. Anam isə Gülərin pis olmaması üçün onunla görüşəcəyini dedi. “Mən onunla görüşməsəm, Elşadla olan pul söhbəti hər kəsə yayılacaq. Belə bir şey hamıya yayılsa ona da, Gülər də pis vəziyyətdə qalacaq””-deyə anam bildirdi”.   

A.Məmmədov daha sonra G.Əhmədiovanın ona verdiyi suallara cavab olaraq bildirib ki, E.Abdullayevin puluna görə anası ilə G.Əhmədova bir-birlərini telefonda söyüblər:
“Anamla Gülər Əhmədova “skyp”la danışanda anam vəzifəli adamların adını çəkirdi. Gülər Əhmədova isə anama deyirdi ki, ad çəkməsin, danışıb, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Bu il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə