Modern.az

İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi keçirilir

İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi keçirilir

4 Noyabr 2013, 14:59
Noyabrın 4-də "REAL" hərəkatının lideri İlqar Məmmədov, Müsavat başqanın müavini Tofiq Yabulu və İsmayıllı hadisələrinə görə saxlanan digər şəxslərin işi üzrə məhkəmə başlayıb.

Şəki Ağır Cinayətlər üzrə məhkəmənin qarşısına 200-dən çox adam yığılıb.
 
"Azadlıq" radiosunun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ərazini polis mühafizə edir. Saxlananların yaxınları və dostları məhkəməyə buraxılmayıblar.
 
Məhkəmənin qarşısında yığışanlar arasında təqsirləndirilənlərin yaxınları ilə yanşı hüquqmüdafiəçiləri, siyasi partiya üzvləri, QHT nümayəndələri də var.

2013-cü ilin fevralında İsmayıllıda yerli sakinlərlə polis arasında qarşıdurma ilə müşayət olunan kütləvi etiraz olub. Bu zaman yerli icra başçısının qardaşı - o vaxtkı nazir Füzuli Ələkbərova məxsus olduğu bildirilən "Çıraq" otel və bir neçə mülki maşın yandırılıb. Aksiyanın qarşısının alınmasında polis gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib.
 
Bu hadisələrə görə saxlananlar arasında "Real" hərəkatının lideri İlqar Məmmədov, Müsavat başqanın müavini Tofiq Yaqublu da var. Onlar ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə