Modern.az

“Hələ ki Hesablama Palatasında sədrin səlahiyyətlərini mən icra edirəm”

“Hələ ki Hesablama Palatasında sədrin səlahiyyətlərini mən icra edirəm”

Təhsil

4 Noyabr 2013, 16:15

Hesablama Palatasında sədrin səlahiyyətlərini icra edən Adil Məhərrəmov yeni sədrin nə zaman seçiləcəyini bilmir.

Modern.az-a açıqlama verən Adil Məhərrəmov bildirib ki, yeni sədrin Milli Məclis tərəfindən nə zaman seçiləcəyi məlum deyil.

“Bununla bağlı tarix deyə bilmərəm. Çünki mövcud qanunvericiliyin tələbinə görə, Hesablama Palatasının sədri Milli Məclisin sədri tərəfindən müəyyən edilir, təqdim edilir və Milli Məclis təsdiq edir”.

Qeyd edək ki, prezidentin sərəncamı ilə Hesablama Palatasının keçmiş sədri Heydər Əsədov oktyabrın 22-də kənd təsərrüfatı naziri təyin edilib. Sədr müavini Adil Məhərrəmov isə hazırda sədrin səlahiyyətlərini icra edir.

 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə