Modern.az

Mehriban Əliyeva Vatikan kardinalını təbrik edib - FOTOLAR

Mehriban Əliyeva Vatikan kardinalını təbrik edib - FOTOLAR

4 Noyabr 2013, 21:13

Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb.

Kardinal Canfranko Ravazini Heydər Əliyev Fondunda salamlayan Azərbaycanın birinci xanımı onu Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeninə layiq görülməsi münasibəti ilə təbrik edib. Mehriban Əliyeva son illər Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin, xüsusi ilə də mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsində kardinalın rolunu yüksək qiymətləndirib.

Birinci xanım Mehriban Əliyeva Vatikanda keçirilən tədbirlərin, dünyanın ən möhtəşəm mədəniyyət ocaqlarından olan Vatikan muzeyində Azərbaycan ilə bağlı sərgilərin Canfranko Ravazinin təşəbbüs və dəstəyi ilə reallaşdığını bildirib. Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlığın uzunmüddətli olduğunu vurğulayan birinci xanım həyata keçirilən birgə layihələrin davam etdirilməsində Heydər Əliyev Fondunun maraqlı olduğunu deyib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun həm müxtəlif bərpa işlərində iştirak etməyə, həm də sərgilər keçirməyə hazır olduğunu diqqətə çatdırıb.

İkinci dəfədir Heydər Əliyev Fondunda olmaqdan məmnunluq ifadə edən Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Azərbaycanın birinci xanımına təşəkkürünü bildirib. Kardinal Canfranko Ravazi Mehriban Əliyevanın Romaya səfərlərinin ölkələrimiz arasındakı möhkəm əlaqələrin sübutu olduğunu bildirib. Canfranko Ravazi ikitərəfli münasibətlərin əhəmiyyətini yüksək qiymətləndirib.

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə