“Köhnə Yerevan İstilik Elektrik Stansiyasından Dağlıq Qarabağda çıxarılan daş kömürü sayəsində 100 MBt-ə qədər elektrik enerjisi əldə etmək olar”. Modern.az xəbər verir ki, bu barədə Ermənistanın energetika naziri Armen Movsisyan jurnalistlərə açıqlamasında bildirib. “Bu, enerji təhlükəsizliyimizi yüksəldəcək proqramlardan biridir”, – deyə erməni nazir bildirib. Onun sözlərinə görə, son 20 ildə Dağlıq Qarabağın keçmiş Ağdərə rayonundakı Maqavuz kəndində aparılan kəşfiyyat işləri nəticəsində aşkarlanan kömür ehtiyatları buna imkan verir.
A. Movsisyanın sözlərinə görə, məhz Qarabağ kömürü sayəsində Yerevan İstilik Elekrtik Stansiyası əvvəlki gücünü bərpa edəcək.
Vüqar İsmayılov