Noyabrın 7-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşəcək. Modern.az “Reqnum” agentliyinə istinadən xəbər verir, görüş KTŞT-nın Moskvadakı qərargahında keçiriləcək.
Görüş zamanı transsərhəd təhlükələr, terrorizm və ekstremizmlə mübarizə, regiondakı münaqişlərin həlli və 2014-cü ildə Beynəlxalq koalisiyanın Əfqanıstanı tərk etdikdən sonra yaranacaq təhlükələr müzakirə olunacaq.
Tərəflər dekabrın 5-6 da Kiyevdə 20-ci dəfə keçiriləcək ATƏT-ə üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşünə hazırlıqla bağlı da fikir mübadiləsi aparacaq.
V.İsmayılov