Modern.az

Deputat: “Gəncədə şərab festivalının keçirilməsində pis heç nə yoxdu”

Deputat: “Gəncədə şərab festivalının keçirilməsində pis heç nə yoxdu”

5 Noyabr 2013, 12:42


Gəncədə təşkil olunan şərab festivalı dindarların narazılığına səbəb olub. Məhərrəm ayının yaxınlaşdığı günlərdə spirtli içkilərin nümayiş olunması bir çoxları tərəfindən qınanıb. Hətta Gəncə şəhərinin icra başçısını din əleyhdarı olmaqda günahlandıranlar da var.
Modern.az
məsələ ilə bağlı Gəncənin deputatı Musa Quliyevin fikirlərini öyrənib. Deputat bildirib ki, şərab festivalının keçirilməsi sırf təsadüf nəticəsində Məhərrəmlik ayının başladığı ərəfəyə düşüb.

“Din dövlətdən ayrıdır. Heç bu ay olmasa da, dindarlar həmişə spirtli içkilərin qadağan olunmasının tərəfdarıdırlar. Dövlətin öz siyasəti var. Şərab festivalının keçirilməsində pis heç bir şey yoxdur. Belə bir mərasimin keçirilməsi iqtisadiyyatın yüksəlməsinə, Azərbaycanı dünyaya tanıdan və şəhərin inkişafına stimul verən tədbirdir”.  

Gültəkin ƏLƏSGƏR  
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə